RU
Məmmədyarov Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb
10:00
438

Məmmədyarov Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber ilə görüşüb.

XİN-dən verilən məlumata görə, görüşdə Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin perspektivləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair ətraflı fikir mübadiləsi aparılıb. 

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin mövcud vəziyyəti barədə həmsöhbətinə məlumat verib. O, Ermənistanın destruktiv siyasət yürüdərək substantiv danışıqlardan yayındığını, Azərbaycanın işğal olunmuş ərazilərində hərbi quruculuğunu möhkəmləndirdiyini, bu ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini dəyişdirdiyini və nəticə etibarilə status kvonu saxlamağa çalışdığını diqqətə çatdırıb.

Herbert Salber ətraflı məlumata görə təşəkkürünü ifadə edib və Avropa İttifaqının dəstəyi ilə münaqişənin həllinə töhfə vermək məqsədi daşıyan ictimai layihələr barədə məlumat verib.
 
7News.Az


 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ