ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tərəflərlə işləməyə hazırdır.
7News.Az xəbər verir ki, bunu amerikalı həmsədr Ceyms Uorlik deyib.
C.Uorlik Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Hamburqda görüşünün baş tutacağına ümid etdiyini bildirib. Həmsədr növbəti sammitin də təşkil olunması üçün prezidentlərlə çalışmaqda davam etdiklərini qeyd edib.
Qeyd edək ki, Almaniyanın Hamburq şəhərində dekabrın 8-9-da ATƏT xarici işlər nazirlərinin iclası keçiriləcək./trend
7News.az








