Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sabah Fransaya işgüzar səfər edəcək.
Nazir Parisdə fransalı həmkarı Jan-Mark Ero ilə görüşəcək.
Görüş zamanı ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq.
Danışıqlar zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları nəzərdən keçiriləcək.
E.Məmmədyarov Fransaya hazırda səfərdə olduğu Portuqaliyadan yola düşəcək./trend
7news.Az








