RU
Məmmədyarov və Nalbandyan Hamburqda görüşdü
15:14
507

Məmmədyarov və Nalbandyan Hamburqda görüşdü

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan XİN rəhbəri Edvard Nalbandyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə görüş keçirilib.

7News.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan "Twitter” səhifəsində yazıb.
Bildirib ki, görüş Hamburq şəhərində ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə baş tutub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ