RU
Məmur arvadının sevgilisini qarderobda yaxaladı- QƏRİBƏ OLAY
12:53
3333

Məmur arvadının sevgilisini qarderobda yaxaladı- QƏRİBƏ OLAY

Türkiyənin Manisa şəhərində biabırçı olay yaşanıb.

7News.az xəbər verir ki, Manisanın dövlət məmuru, 35 yaşlı Mustafa K. həyat yoldaşını sevgilisi ilə yaxalayıb. Belə ki, nahar üçün evə gələn Mustafa 27 yaşlı həyat yoldaşının hərəkətlərindən şübhələnib.

Dolabı açanda isə yoldaşının sevgilisi Xalis A. adlı şəxsi görüb. Yaxalandığını anlayan sevgili belindən çıxardığı bıçaqla Mustafanı yaralayıb. Hirsli ər mətbəxə qaçaraq qapdığı bıçaqla əvvəl həyat yoldaşının sevgilisini sinəsindən, sonra da yoldaşını qarın boşluğundan bıçaqlayıb. Yaxınlıqdakı qonşular səsləri eşidərək olay barədə polisə xəbər veriblər. Hadisə yerinə gələn təcili tibbi yardım maşınları yaralıları xəstəxanaya çatdırıb. Hadisə ilə bağlı istintaq başlanıb.

Polis bölməsində izahatı alınan Mustafa bildirib ki, evə girəndə həyat yoldaşını təlaşlı və narahat görüb: "Evə daxil olanda yoldaşımı yataq otağında təlaşlı və narahat gördüm. Hərəkətlərində şübhələndim, sonra "Məndən bir şey gizlədirsən?” deyə soruşdum. O da mənə "Xeyr, səndən nəyi saxlayım ki?” cavabını verdi. Mən bir dəfə də şübhələnmişdim, evin altını üstünə gətirdim. Sevgilisini qarderobda yaxalayanda qan beynimə sıçradı”.//cebhe.info

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ