2015-ci ilin sentyabrında suriyalı mühacir Anas Modamani Berlindəki qaçqın sığınacağını ziyarət edən Almaniya kansleri Angela Merkel ilə selfi çəkdirmişdi.
7News.az xəbər verir ki, çəkdiyi foto ilə məşhurlaşan suriyalı gənc Almaniya dövlətinin 1 milyondan çox qaçqına sığınacaq vermə qərarının simvolu halına gəlmişdi. Ancaq o foto Modamanini ultra-sağçıların konspirasiya nəzəriyyələrinin hədəfinə çevirdi. Saxta hekayə və montaj fotoların köməyi ilə onu əvvəl 2016-nın martında Brüsseldə baş verən terror hücumlarında, daha sonra yanvarda Berlin bazarına hücumda ittiham etdilər. Bir başqa fotoda isə evsiz adama edilən hücumda şübhəli kimi göstərildi.
Saxta xəbərlər və fotolar "Facebook"da geniş şəkildə paylaşılmağa başlanıldı. Son nəticə kimi Anas Modamani "Facebook"u məhkəməyə verməyə qərar verdi. "Facebook" saxta xəbərləri sildiyini etiraf etsə də, Modamaninin vəkili bir çox fotonun hələ də saytda olduğunu iddia edib. Vəkil Çan Jo Jun "facebook"dakı bütün fotoların silinməsi üçün mübarizə apardıqlarını deyib.//avropa.info
7News.az









