Almaniya kansleri Angela Merkel yaxın günlərdə Rusiya və Ukraynaya səfər edəcək.
Bu barədə Alman hökumətinin rəsmisi Şteffen Zaybert keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, Merkel Rusiyaya avqustun 20-də, Ukraynaya isə ondan iki gün sonra avqustun 22-də səfər edəcək.
Səfər proqramı barədə isə növbəti həftənin əvvəlində məlumat veriləcək./olke
7NEWS.Az








