Putin görüşdən sonra Almaniyanın Rusiya üçün avropada və dünyada əsas müttəfiqlərindən biri olduğunu deyib:
"Almaniya Çindən sonra ikinci ticarət və iqtisadi ortağımızdır. 2020-ci ildə olduqca ciddi bir durğunluğun yaşanmasına rəğmən ikili ticarət həcmi ilin ilk yarısında 2 dəfə artıb” – Putin bildirib.
Merkelin xidməti vəzifəsindən gedəcəyinə diqqət çəkən Putin üz-üzə müzakirə edəcəkləri bir çox məsələlər olduğunu söyləyib:
"Bu bizim vida görüşümüzdür. Dolayı yolla, bu, sadəcə vida görüşü deyil, ciddi və iş mövzulu bir səfərdir”.
Merkel də öz növbəsində fikir ayrılıqları olmasına baxmayaraq dialoqlarının çox yaxşı keçdiyini diqqətə çatdırıb:
"İrəlidə də təmasları davam etdirməyə hazırıq. İkili münasibətlərdən beynıəlxalq məsələlərə qədər danışacağımız çox şey var”./olke
7NEWS.Az








