RU
Mərkəzi Kəşfiyyat İdarəsinin şefi Taliban lideri ilə gizli görüşüb
19:30
509

Mərkəzi Kəşfiyyat İdarəsinin şefi Taliban lideri ilə gizli görüşüb

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Berns Talibanın əsas liderlərindən bir, siyasi ofisin rəhbəri Abdul Qani Baradarla gizli görüşüb.

7NEWS.Az "The Washington Post”a istinadən xəbər verir ki, MKİ şefinin Taliban lideri ilə görüşü avqustun 23-də  Kabildə baş tutub. Mətbu orqanının yazdığına görə, bu görüş ABŞ-ın  Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra  Talibanla keçirdiyi ən yüksəksəviyyəli görüşdür.

MKİ görüşü və görüşdə müzakirə olunan məsələləri şərh etməkdən imtina edib. 

 
7NEWS.Az 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ