7NEWS.az xəbər verir ki, Fanatik yəhudi mühacirlər İsrail qüvvələrinin himayəsi altında işğal altındakı Şərqi Qüdsün Köhnə Şəhərdə yerləşən Əl-Əqsa məscidinə basqın ediblər. Onlarla yəhudi məskunlaşan İsrail polisinin himayəsi altında Məscidül-Əqsaya basqın edərək, xüsusilə Əqsanın şərq hissəsində bəzi dini ayinlər icra edib. Xəbərdə yəhudi köçkünlərin basqın zamanı Hərəmi Şərifdə olan fələstinliləri təxribata çəkməyə çalışdığı bildirilib. İsrail və İordaniya arasında 26 oktyabr 1994-cü ildə imzalanmış sülh müqaviləsinə əsasən, Məscidül-Əqsa İordaniyanın Vəqflər, İslam İşləri və Müqəddəslik Nazirliyinə bağlı Qüds İslam Vəqfləri İdarəsinin himayəsindədir.
7NEWS.az








