RU
Məşhur
14:00
1617

Məşhur "düz səpən" Nüsrətin ARXİV FOTOLARI - Tamam başqa insan...

Məşhur türk aşpaz Nüsrət Gökçe varlanmadan illər öncə çəkdirdiyi fotolarını paylaşıb.

7News.Az xarici mətbuata istinadən xəbər verir ki, özünəməxsus ət təqdimatıyla ulduza çevrilən Gökçenin "İnstagram" səhifəsində paylaşılan şəkilləri izləyicilərin böyük marağına səbəb olub.

 

Məşhur İnsanlar onun tanınmaz dərəcədə dəyişildiyini bildiriblər.

Məşhur

Qeyd edək ki, Gökçe dünyanın bir çox ölkələrində fəaliyyət göstərən "Nusr-Et" restoran şəbəkəsinin sahibidir. Aktyor Leonardo Daprio, fransalı futbolçu Pol Poqba, keçmiş futbolçu Devid Bekham kimi dünya şöhrətli ulduzlar onun restoranında olublar. Burada bir axşam yeməyinin minimum qiyməti 1700-2000 dollar civarındadır.

Lakin onu bu şöhrət və sərvətə gətirən yol çox keşməkeşli olub. Vaxtilə, valideynlərinin təhsil haqqını ödəyə bilmədikləri üçün Nüsrət məktəbi atmalı olub. 14 yaşında o, restoranda aşpaz köməkçisi kimi işə düzəlib.

Məşhur 27 yaşında gənc aşpaz 8 nəfərlik ilk mini steyk-hausunu açıb.

"Mən daim bu sahədə öz bacarıqlarımı təkmilləşdirməyə çalışmışam. Hətta ABŞ-da təhsil almaq üçün müraciətimə "yox" cavabı aldıqda da, ümidimi üzməmişəm və məqsədimə doğru getməkdə davam etmişəm. Bəlkə də, məhz bu amil mənə işimdə ən yaxşılardan biri olmaqda kömək edib", - deyə Gökçe fikirlərini bildirib.

2017-ci ilin yanvar ayında "Twitter"də yerləşdirdiyi video 48 saata 2 milyondn çox izlənildikdən sonra aşpaz şöhrət qazanıb.

Onun duz səpmək tərzi izləyicilərin diqqətini cəlb edib.

"Nusr-Et" şəbəkəsi ilk "steyk-haus"unu Nyu-Yorkda, 2018-ci ildə açıb. Bu, Gökçeyə qarşı marağı daha da artırıb.

Məşhur Məşhur Məşhur

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ