İsveçi təmsil edən çeçen MMA döyüşçüsü Həmzət Çimayev avtoqəzaya düşüb.
26 yaşlı "Çeçen canavarı” ləqəbli idmançı Qroznıda maşın sürərkən idarə etdiyi "Mercedes-Benz” avtomobili ilə qəza törədib.
Maşın zədələnsə də, idmançının özünə heç nə olmayıb.
Qeyd edək ki, keçirdiyi doqquz görüşdə (bunlardan son üçünü UFC-də keçirib – S.M.) məğlubedilməz olan Həmzət Çimayevə bu avtomobil Çeçenistan prezidenti Ramzan Kadırov tərəfindən bağışlanılıb.








