RU
Məşhur idmançı Çeçenistan prezidentinin bağışladığı bahalı avtomobillə qəzaya düşdü - VİDEO
12:10
379

Məşhur idmançı Çeçenistan prezidentinin bağışladığı bahalı avtomobillə qəzaya düşdü - VİDEO

İsveçi təmsil edən çeçen MMA döyüşçüsü Həmzət Çimayev avtoqəzaya düşüb.

 26 yaşlı "Çeçen canavarı” ləqəbli idmançı Qroznıda maşın sürərkən idarə etdiyi "Mercedes-Benz” avtomobili ilə qəza törədib.

 

Maşın zədələnsə də, idmançının özünə heç nə olmayıb.

Qeyd edək ki, keçirdiyi doqquz görüşdə (bunlardan son üçünü UFC-də keçirib – S.M.) məğlubedilməz olan Həmzət Çimayevə bu avtomobil Çeçenistan prezidenti Ramzan Kadırov tərəfindən bağışlanılıb.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ