İstanbulda mənzillərdən oğurluq edən 17 nəfər saxlanılıb.
7News.Az Haberler-ə istinadən xəbər verir ki, şübhəlilərin oğurluq üçün girdikləri bir evin isə başqa bir oğruya aid olduğu üzə çıxıb.
Əvvəl də oğurluq ittihamı ilə 80 dəfə yaxalanan ev sahibi F.K adlı məşhur oğru hadisədən sonra polis bölməsinə gedərək şikayətçi olub.
Oğrulardan 6-sının azyaşlı olduğunu görən polislər təəccübləniblər.
7News.Az











