Türkiyəli aktyor Erdal Özyağcılar koronavirusun "Omicron" ştamına yoluxub.
7News.Az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə 74 yaşlı aktyor sosial media hesabında yazıb. E.Özyağcılar 4 dəfə vaksin vurduğunu buna rəğmən xəstəlikdən qaça bilmədiyini qeyd edib:
"Qrip kimi bir şeydir, amma siz yenə də diqqətli olun. Pəyvəndlərinizi vurdurun. Əyləncəlrə görə qapalı yerlərdən uzaq durun. 1 həftə, 10 gün sonra yenidən səhnədə olacağam".
Qeyd edək ki, usta aktyor sonuncu dəfə "Yasak elma" serialnında rol alıb.








