RU
Məşq zamanı Səmranın libası cırıldı
11:36
2511

Məşq zamanı Səmranın libası cırıldı

Səmranın “Eurovision”dakı geyimi...

“Eurovision 2016” Mahnı Müsabiqəsində ölkəmizi təmsil edəcək Səmra Rəhimlinin ikinci məşqi baş tutub. 

7News.Axəbər verir ki, səhnədə təmsilçimizin başına iş gəlib, performans zamanı libası cırılıb. Həmin anın fotoları “Eurovision” fan səhifələrində paylaşılıb.

S. Rəhlimli ağ və qızılı rəngli iki geyimdən istifadə edib.

Təmsilçimiz “Erikson Qlob Arena”da keçirilən məşqlər zamanı çəkilən fotoları və videoları sosial şəbəkədə paylaşıb. 

Müğənni məşqdən sonra media nümayəndələri ilə görüşüb, ona ünvanlanan sualları cavablandırıb.

Mətbuat konfransında Azərbaycanın xalq mahnısı olan “Sarı gəlin”i ifa edib.

Eyni zamanda wiwibloggs.com saytına müsahibə verib.

S.Rəhimli mayın 10-da müsabiqənin ilk yarımfinal mərhələsində 14 nömrə altında çıxış edəcək. O, ölkəmizi müsabiqədə “Miracle” mahnısı ilə təmsil edəcək.

21 yaşlı təmsilçimiz və onu rəqqaslar müşayiət edən rəqqaslar “Eurovision 2016” Mahnı Müsabiqəsində bu cür geyinəcəklər:

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ