RU
Messi ilk dəfə öz varisini AÇIQLADI
15:07
28

Messi ilk dəfə öz varisini AÇIQLADI

Lionel Messi ilk dəfə olaraq öz yolunu təkrarlaya biləcək futbolçu haqqında açıq danışıb. 

 38 yaşlı hücumçu müsahibəsində bildirib ki, o, 17 yaşlı Lamin Yamalda sadəcə istedadlı gənci deyil, özünün tam surətini görür.

Bu açıqlama Argentina prezidentinin Messini yenidən futbol tarixinin ən böyük oyunçusu adlandırmasından sonra səsləndirilib.

Yüksələn ulduzlar haqqında suala cavab verən Messi olduqca qısa və qəti danışıb. O vurğulayıb ki, çox sayda istedadlı gənc oyunçular meydana çıxsa da, məhz Yamal onun "Barselona”dakı karyerasının başlanğıcı ilə ən çox oxşarlıq yaradır. Argentinalı futbolçu bu fikrini yalnız gənc istedadın nailiyyətləri ilə deyil, həm də meydanda göstərdiyi böyük potensialla əsaslandırıb. Onun sözlərinə görə, ispan hücumçu yeni nəslin ən yaxşı nümayəndəsidir.

Xatırladaq ki, Lamin Yamal, "Barselona” akademiyasının yetirməsi kimi artıq bu mövsüm bir-birinin ardınca rekordlar qıraraq futbol ictimaiyyətini heyran edib. Messi isə katalon klubunda keçirdiyi 778 oyun, vurduğu 672 qol və etdiyi 303 məhsuldar ötürmə ilə bu müqayisəni aparmaq üçün kifayət qədər təcrübəyə malikdir.

17 yaşlı ispan futbolçunun hesabında artıq 45 oyunda 24 qol və 18 assist var ki, bu da onun yaşı üçün olduqca yüksək göstəricidir və gələcəyi ilə bağlı gözləntiləri daha da artırır.

Əlavə edək ki, hazırda Lamin Yamal zədə səbəbindən heyətdən kənarda qalıb və bərpa prosesini davam etdirir. Buna baxmayaraq, Messinin bu proqnozu artıq dünya mediasında geniş müzakirələrə səbəb olub.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ