RU
“METRO PARK”A BOMBA QOYULUB DEYƏN SAXLANILDI
15:20
474

“METRO PARK”A BOMBA QOYULUB DEYƏN SAXLANILDI

İyunun 11-də saat 14.42 radələrində naməlum şəxs DİN-in 102 "Zəng Mərkəzi"nə mobil telefondan zəng edib Nərimanov rayonu ərazisindəki "Metro Park" ticarət mərkəzinə bomba qoyması barədə məlumat verib. 

Daxili İşlər Nazirliyindən 7news.Az-a verilən məlumata görə, dərhal müvafiq tədbirlər  görülüb, lakin məlumat təsdiqini tapmayıb.

Nərimanov RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində polisə yalan məlumat verən şəxs müəyyən edilərək tutulub. 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 216-cı (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə ) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, bu maddə ilə təqsirləndirilən şəxslərin cinayəti törətdiyi sübuta yetirilərsə, onları 5 ildən 8 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ