RU
Metroda sərnişin stansiya yoluna düşüb
18:42
51

Metroda sərnişin stansiya yoluna düşüb

"Elmlər Akademiyası" stansiyasında bir sərnişin (kişi) stansiya yoluna düşərək, tunelə doğru hərəkət edib.

Bu barədə 7NEWS.Az-a "Bakı Metropoliteni”ndən bildirilib.
Qeyd olunub ki, metropoliten və Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşlarının çevik reaksiyası və təlimat tələblərinə uyğun operativliyi sayəsində sərnişin saxlanılıb.

"Sərnişin qatara mindirilib. Qatarların hərəkətində ciddi yubanma olmayıb və qısa müddətdə aradan qaldırılıb. Hazırda baş vermiş hadisə ilə bağlı araşdırma aparılır", - məlumatda deyilir.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ