RU
Məxfi sənədin açılması ilə bağlı qərar verildi
10:00
315

Məxfi sənədin açılması ilə bağlı qərar verildi

Nazirlər Kabinetinin gizli qərarlarından birinin açılması barədə qərar verilib.

7News.Az-ın məlumatına görə, bu barədə sənədi baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, "Əməliyyat-axtarış prosesində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin növlərinin Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 avqust tarixli, 139-6 nömrəli qərarının məxfiliyinin açılması barədə qərar verilib.

Qərar Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya ilə razılaşdırılmış təklifinə əsasən verilib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ