RU
Migəçevirdəki ağır qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA: Vəziyyəti ağır olanlar var
16:12
536

Migəçevirdəki ağır qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA: Vəziyyəti ağır olanlar var

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Mingəçevirdə 13 nəfərin xəsarət alması xəbəri ilə bağlı açıqlama verib.

TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva 7News.Az-a açıqlamasında bildirib ki, Mingəçevirdə avtomobilin kütləyə çırpılması nəticəsində 13 nəfər xəsarət alıb:

"Üç nəfər böyük, 10 nəfəri uşaqdır. Hazırda dörd uşaq xəstəxanadadır. İkisinin vəziyyəti ağırdır. Kəllə-beyin travması keçirib. Digər ikisinin vəziyyəti isə orta ağırdır”.

O qeyd edib ki, digər uşaqlara böyüklərlə birlikdə ambulator yardım göstərilərək evə buraxılıb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ