RU
Mikayıl Cabarovun Biləsuvardakı kadrı prezident qərarını saymır - Şikayət
10:34
1820

Mikayıl Cabarovun Biləsuvardakı kadrı prezident qərarını saymır - Şikayət

Biləsuvarın Amankənd sakini Ramin Qədirağa oğlu tərəfindən Politika.Az-a şikayət məktubu daxil olub

Onun sözlərinə görə, təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı” təsdiq edilib. 

Təhsil naziri Mikayıl Cabbarov ümumtəhsil məktəblərinə direktorların işə qəbulu haqda əmr imzalayıb və əmrin icrasına nəzarəti TN-nin Aparat rəhbəri Mətin Eynullayevə tapşırıb. 

Kənd sakini qeyd edir ki, M.Eynullayevlə müavini Qədirov Fərzəli məktəb direktorlarını seçəndə kadrları hansı meyarla qəbul etdikləri aydın deyil: 

"Çünki hazırki dövrə qədər Biləsuvar rayon Muğankənd ümumi orta məktəbinin direktoru vəzifəsini müvəqqəti icra edən və bu məlum direktor təyinatında da həmin məktəbə Fərzəli Qədirov tərəfindən direktor təyin olunan Rəhimov Caviddən direktor düzəldirlər. 

Lakin təhsilin inkişafında xidmətlərinə görə Sizin "Tərəqqi" medalı verdiyiniz direktorluğa namizəd bizim yerli Əkbərov Aqşin qalır bağlı qapılar dalında. 
Bu isə o deməkdir ki, Biləsuvar yerli təhsil şöbəsi Prezidentin imzası olduğu "Tərəqqi " medalını heçə sayır. Bu isə o deməkdir ki, Biləsuvar rayon təhsilinə işini bilən savadlı kadrlar qətiyyən lazım deyil”.

O, bildirib ki Rəhimov Cavid təyin olunmamışdan əvvəl də həmin məktəbin müvvəqqəti direktoru idi: "Və bu məktəbin buraxılış sinfi olan IX sinfini vur-tut, cəmi- cümlətanı 4 nəfər şagird bitirdi. 

Bitirdi demək olarsa əgər. Çünki bu 4 şagirdin dördü də buraxılış imtahanından "2" qiymət aldı. Yəni məktəbin buraxılış imtahanlarında göstəricisi 0% oldu. Bu göstərici TQDK-nın statistik hesabatında da öz əksini tapıb.

Aparat rəhbəri Mətin Eynullayevlə müavini F.Qədirov ya günortadan sonra fikirləşmək qabiliyyətini itirir, ya da yeməkdən sonra onları yuxu basır. Məlumatıma görə direktorluğa namizədlərə nə sual verirmişlərsə, heç özləri də bilmirmişmiş nə danışırlar”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ