7NEWS.az xəbər verir ki, Belçikanın Oost Vlaanderen əyalətinin Oudenaarde şəhərindəki Milad bazarı fəlakətin şahidi olub. Bazarda 20 metr hündürlüyündə rəngli işıqlarla bəzədilmiş ağac aşıb. Həmin anlar təhlükəsizlik kamerasına əks olunarkən əraziyə təcili yardım göndərilib. Ağacın altında qalan 3 qadın yaralanıb. Başından xəsarət alan 63 yaşlı qadın bütün müdaxilələrə baxmayaraq aparıldığı xəstəxanada dünyasını dəyişib. Digər yaralıların da sağlamlıqlarının yaxşı olduğu öyrənilib.
7NEWS.az








