RU
Milanoviçin soyqırımla bağlı açıqlamasına etiraz
00:00
1831

Milanoviçin soyqırımla bağlı açıqlamasına etiraz

Xorvatiya Prezidenti Zoran Milanoviçin Srebrenitsa soyqırımı ilə bağlı müqayisəsi etirazla qarşılanıb.

Prezidentin açıqlasımasına sərt reaksiya verilib.

Srebrenitsada öldürülənlərin yaxınları Milanoviçə reaksiyalarını məktubla çatdırıblar.

 

Milanoviç Srebrenitsada baş verənlərin soyqırım olduğunu, lakin tarixdə daha dəhşətli hadisələrin yaşandığını və bu hadisələrə soyqırımdan başqa yeni ad tapılmalı olduğunu bildirib.

2020-ci il seçkilərində Prezident seçilən sosial demokrat Milanoviç Nasist Almaniyası dövründə törədilən yəhudi soyqırımını Srebrenitsa soyqırımı ilə müqayisə edib.

"8 min insanla, 80 min insanın öldüyü soyqırımlar eyni ola bilməz. Srebrenitsa hadisələrini soyqırım adlandırsaq, Yəhudi Soyqırımına yeni bir ad tapılmalıdır. Srebrenitsada baş verənlər soyqırım, amma tarixdə bundan daha dəhşətli hadisələr olub”, - Prezident bildirmişdi./qafqazinfo

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ