RU
Mingəçevir Dövlət Dram Teatrında tədbir keçirildi
17:14
1160

Mingəçevir Dövlət Dram Teatrında tədbir keçirildi

Son illər vətənpərvərlik işinin yüksək səviyyədə təşkili nəticəsində Mingəçevir Dövlət Dram teatrında bir sıra maraqlı mədəni kütləvi tədbirlərin hazırlanmışdır. Xüsusən gənclərin hərbivətənpərvərlik ruhunda tərbiyə edilməsi, xidmət göstərən əsgər və zabitlərə ruh yüksəkliyinin və qələbəyə inam hissinin aşılanması, xalqımızın tarixi azadlıq mücadiləsi, qəhrəmanlığını əks etdirən tamaşaların və ədəbi-bədii gecələrin hazırlanması bunun bariz nümunəsidir. Bu ənənəni davam etdirən Mingəçevir Dövlət Dram Teatrı  bu dəfə də Mingəçevir şəhər Mədəniyyət və Turizm şöbəsi ilə birgə son günlər cəbhə bölgəsində baş verən hadisələrlə bağlı tədbir keçirdi. Tədbirdə mədəniyyət sahəsində çalışan insanlar, şəhər icra hakimiyyətinin nüməyəndəsi, həmçinin şəhər içtimayyətinin nümayəndələri  iştirak edirdi. Tədbiri  giriş sözü ilə açan Mingəçevir Dövlət Dram Teatrının direktoru Səxavət Məmmədov bildirdi ki, son günlər cəbhədə qazanılan uğurlar hər bir vətəndaşımızın qəlbində sevinc hissi  yaradır. Xalqımızın birliyi, Ali Baş komandanın ətrafında sıx birləşərək hər kəsin qələbə əzminə köklənməsi, biz teatr adamlarınıda çox sevindirir. Çıxış edən Xalq artisti  Zülfüqar Abbasov, teatrın baş rejissoru Xəzər Gəncəli, əməkdar artist  milli qəhrəman atası  Akif Mirabov, əməkdar artist  Ella Yaqubova və  Mingəçevir Dövlət Dram Teatrının direktor muavini Vüsal Məmmədov xalqımıza daha böyük qələbələr arzu edərək, bütün mədəniyyət sahəsində çalışan hər bir vətəndaşın ölkə başçısının qətiyyətli addımlarını dəstəklədiklərini  və onun bir əmri ilə hər zaman səngərlərdə şücayətlə döyüşməyə hazır olduqlarını dilə gətirdilər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ