RU
lombard
Mingəçevir Dövlət Universiteti ilə Lənkəran Dövlət Universiteti arasında əməkdaşlığın əsası qoyulub
23:45
2141

Mingəçevir Dövlət Universiteti ilə Lənkəran Dövlət Universiteti arasında əməkdaşlığın əsası qoyulub

Lənkəran Dövlət Universitetində (LDU) Mingəçevir Dövlət Universiteti (MDU) ilə birgə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünə həsr olunan elmi-nəzəri konfrans keçirilib.


Mingəçevir Dövlət Universitetindən 7NEWS.Az-a bildiriblər ki, Lənkəranda səfərdə olan MDU-nun rəhbər və akademik heyət üzvlərindən ibarət nümayəndə heyətinin qatıldığı konfransda hər iki universiteti təmsil edən müəllim və tələbələr "Microsoft Teams” platforması üzərindən onlayn iştirak ediblər.

Konfrans müstəqilliyimiz uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə işə başlayıb.

LDU-nun rektoru Natiq İbrahimov son dövrdə müasirləşmə yolunda inamla irəliləyən MDU kollektivini Lənkəranda görməkdən məmnunluğunu ifadə edib və əlamətdar tarixi gün münasibətilə təbriklərini çatdırıb.

Bildirilib ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazansa da, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirilib, 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşayıb. İkinci tarixi şərait isə 70 ildən sonra yaranıb və Azərbaycan xalqı öz müstəqilliyini bərpa edib.

Qeyd olunub ki, ötən 30 ildə ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. Vətən müharibəsinin Qələbəmizlə bitməsi, torpaqlarımızın düşmən tapdağından azad olunması Azərbaycanın böyük uğurudur. Regionda söz sahibi olan ölkəmiz bu qələbə sayəsində daxili və xarici siyasətdə nüfuzunu daha da artırıb.

Müstəqilliyin bərpa edilməsinin ildönümü münasibətilə konfrans iştirakçılarını təbrik edən MDU-nun rektoru Şahin Bayramov bu əlamətdar tarixin LDU ilə birlikdə qeyd edilməsindən məmnunluğunu bildirib.

Müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin müdrik siyasəti sayəsində müstəqilliyimizin əbədi və dönməz xarakter aldığını vurğulayan Ş.Bayramov Ümummilli Liderin layiqli siyasi varisi İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasət nəticəsində dövlətçiliyin daha da möhkəmləndiyini, ölkəmizin hərtərəfli və dayanıqlı inkişafına nail olunduğunu, onun beynəlxalq mövqeyinin əhəmiyyətli dərəcədə gücləndiyini və milli-mənəvi dəyərlərin qorunub saxlanıldığını qeyd edib. Bildirilib ki, ictimai həyatın bütün sahələrini əhatə edən dövlətin yüksək diqqət və qayğısı təhsil sahəsinin modern inkişafında da aydın şəkildə təzahür edir.

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və yenilməz Azərbaycan əsgərinin rəşadəti sayəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfəri müstəqillik tariximizin ən şanlı səhifəsi kimi dəyərləndirən rektor otuz illik erməni işğalına son qoyan haqq savaşında tarixi ədalətin, ərazi bütövlüyünün və milli ləyaqətimizin bərpa edilməsini müstəqil və suveren inkişafımıza verilən misilsiz töhfələr olduğunu deyib və konfransın işinə uğurlar arzulayıb.

Birgə konfransda MDU-nun dosentləri İlham Məmmədov "Ümummilli Liderimizin yaratdığı müstəqil Azərbaycanın 30 illik hərtərəfli inkişaf yoluna konseptual baxış”, Mahir İsmayılov "44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər müstəqilliyimizin şah əsəridir”, Ülkər Aşurova "Milli energetikamızın inkişafında müstəqillik dövrü”, LDU-nun dosentləri Gülbəniz Əliyeva "Müasir şəraitdə ölkə iqtisadiyyatının dayanıqlı inkişafının sosial-iqtisadi aspektləri”, Zaur Məmmədov "Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələri və onun inkişaf perspektivləri”, Kamal Mahmudov "Multikulturalizm Azərbaycan Respublikasının dövlət siyasətinin tərkib hissəsi kimi” mövzularında məruzə ediblər.

Məruzələr ətrafında müzakirələr keçirilib və fikir mübadiləsi aparılıb.

Konfransın yekununda MDU ilə LDU arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Beş il müddətinə imzalanan Memoranduma əsasən tərəfdaş universitetlər arasında tələbə-müəllim mübadiləsi həyata keçiriləcək, birgə elmi tədbirlər təşkil olunacaq, elmi əməkdaşlıq genişləndiriləcək.

Возможно, это изображение (10 человек, люди сидят, люди стоят и костюм)

Возможно, это изображение (2 человека, люди сидят, люди стоят и в помещении)

Возможно, это изображение (2 человека, экран и текст)

Возможно, это изображение (4 человека, люди сидят, люди стоят и в помещении)

Возможно, это изображение (2 человека, люди стоят и в помещении)

Возможно, это изображение (11 человек и люди стоят)

Возможно, это изображение (2 человека и люди стоят)

Возможно, это изображение (1 человек, костюм и в помещении)

 

7NEWS.Az

Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ