RU
Mingəçevir Dövlət Universitetində işarə dili və diksiya təlimləri keçirilib
18:34
133

Mingəçevir Dövlət Universitetində işarə dili və diksiya təlimləri keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) Diksiya akademiyasının təlimçisi, televiziya aparıcısı və müxbiri Nuranə Abıyeva tərəfindən tələbə gənclər üçün "Nə üçün işarə dilini bilməliyik?” və "Səlis danışığınla fərqlənməyi bacar” mövzularında iki günlük təlimlər keçirilib.


MDU-dan 7NEWS.Az-a bildirilib ki, "Nə üçün işarə dilini bilməliyik?” adlı təlimdə N.Abıyeva işarə dilinin mahiyyətindən, onun öyrənilməsinin vacibliyi və əhəmiyyətindən, nəzəri və praktiki məsələlərindən danışıb.

"Səlis danışığınla fərqlənməyi bacar” adlı təlimdə isə düzgün nitqə və sərbəst danışığa malik olmaq, səhnə xofu və həyəcanın öhdəsindən gəlmək üçün lazım olan metodlardan bəhs edilib.
Təlimlər tələbələr tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, gənclərin hərtərəfli inkişafını diqqət mərkəzində saxlayan MDU-da tələbələrin əlavə bilik və bacarıqlarının artırılmasına hədəflənən müvafiq təlimlərin keçirilməsinə xüsusi önəm verilir.

 
Возможно, это изображение (4 человека, люди сидят, люди стоят и в помещении)
 
Возможно, это изображение (7 человек, люди сидят и в помещении)
Возможно, это изображение (4 человека и в помещении)
Возможно, это изображение (2 человека, люди стоят и в помещении)
Возможно, это изображение (3 человека, люди стоят и в помещении)
Возможно, это изображение (5 человек, люди сидят и в помещении)

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ