RU
Mingəçevir polisi şəhəri belə qoruyur – FOTOLAR
13:53
1179

Mingəçevir polisi şəhəri belə qoruyur – FOTOLAR

7NEWS.az xəbər verir ki, Mingəçevirdə karantin rejiminə əməl etməyən şəxslərə xəbərdarlıq edilib, sürücülər ciddi şəkildə təlimatlandırılıb.

Saytımızın yerli müxbirinin verdiyi məlumata görə, Mingəçevir şəhər İcra Hakimiyyəti və Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejiminə əməl etməyən, yaşı 65-dən yuxarı olan şəxslərlə profilaktik söhbətlər aparılıb. Koronavirus infeksiyasının qarşısının alınması məqsədilə ölkədə həyata keçirilən sosial izolyasiya tədbirləri barədə ətraflı məlumat verilib, eləcə də karantin rejiminin elan edilməsi bir daha həmin şəxslərin diqqətinə çatdırılıb. Bu müddət ərzində evdə qalmalarının özləri və digərlərinin sağlamlığı üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Bundan başqa şəhərdə avtomobil sürücüləri də DYP əməkdaşları tərəfindən saxlanılaraq məlumatlandırılır, onların evdə qalması tövsiyyə olunur. 24 saat ərzində şəhərin giriş-çıxışı mühavizə olunur, profilaktik tədbirlər davam etdirilir.

 






BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ