RU
Mingəçevir sakini özünü bıçaqlayıb
15:20
288

Mingəçevir sakini özünü bıçaqlayıb

Mingəçevir şəhərində intihara cəhd faktı qeydə alınıb.
 
 
Şəhərin mərkəzində küçədə naməlum səbəbdən əsəbiləşən Ağdam rayonundan olan məcburi köçkün, 1995-ci il təvəllüdlü Mirzəyev Ziyad Ələddin oğlu cibindəki bıçaqla qarın nahiyəsinə bıçaqla bir neçə dəfə zərbə endirib. Sonra Ziyad Mirzəyev ülgüclə qarın və qol nahiyələrini kəsib. Yaralı təcili olaraq Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparılaraq cərrahiyyə əməliyyatı olunub. Onun özünə qəsd etməsinin səbəbi hələlik  məlum deyil.
 
Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır. /apa
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ