Səhər saatlarında Mingəçevir su anbarında batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər xilas edilib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhəri, Mingəçevir su anbarında (sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Xidmətin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.
Əməliyyat saat 09:45-də başa çatıb./trend
7News.Az








