Dünən saat 22 radələrində Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, şəhər sakini Yusif Əzizli idarə etdiyi “Renault” markalı avtomobili ağaca vurub.
Qəza nəticəsində Y. Əzizlinin sərnişini, Göyçay rayon sakini Nərmin Maqsudova xəstəxanaya yerləşdirilib və dünən elə xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Mingəçevir ŞPŞ tərəfindən araşdırma aparılır./lent.az
7News.Az








