Bu gün Mingəçevir Dövlət Universiteti və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş "I MDU Yaşıl Kampus İdman Festivalı” keçirildi. Festival sağlam həyat tərzi, ekoloji məsuliyyət, yaşıl düşüncə və dayanıqlı kampus həyatını təşviq edən regionun ən genişmiqyaslı yaşıl idman platformalarından biri kimi böyük maraqla qarşılandı.
Festivalın əsas göstəriciləri və miqyası:
3000-dək iştirakçı
Regionun ən genişmiqyaslı yaşıl idman təşəbbüslərindən biri
Tələbələr, magistrantlar, məzunlar, əməkdaşlar, tərəfdaş qurumların və şəhər ictimaiyyətinin iştirakı
Açıq hava və yaşıllıq mühitində təşkil olunan yarışlar
Dayanıqlı mobillik və avtomobilsiz iştirak təşəbbüsü
Festival çərçivəsində təşkil olunan idman və ekoloji fəaliyyətlər:
Marafon / qaçış
Velosiped yarışı
Futbol, voleybol və üzgüçülük yarışları
Stolüstü tennis turniri
Eko-yarışlar və yaşıl maarifləndirmə fəaliyyətləri
"Green Nutrition Zone” – Yaşıl Qidalanma Zonası
"Zero Waste Food” konsepti və plastiksiz istehlak təşəbbüsləri
Mingəçevir Dövlət Universiteti olaraq yaşıl kampus mühitinin formalaşdırılması, ekoloji düşüncə tərzinin təşviqi, sağlam həyat vərdişlərinin inkişafı və dayanıqlı gələcək naminə institusional təşəbbüslərimizi davam etdiririk.
Universitetimiz Sizinlə böyüyəcək, Sizinlə yüksələcək!
















