RU
MINGƏÇEVIRDƏ HAMILƏ QADIN ÖZÜNÜ MAŞININ ALTINA ATDI
14:45
308

MINGƏÇEVIRDƏ HAMILƏ QADIN ÖZÜNÜ MAŞININ ALTINA ATDI

Mingəçevir şəhərində hamilə qadın özünü maşının altına ataraq intihara cəhd edib.

Hadisə şəhərin Samux küçəsi ərazisində baş verib. Belə ki, həmin küçənin sakini, 1993-cü il təvəllüdlü Günel Güloğlan qızı Məmmədova ağır bədən xəsarətləri ilə Mingəçevir Şəhər Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan  bildirilib ki, ağır vəziyyətdə xəstəxanaya gətirilən G.Məmmədovanın hamilə olduğu məlum olub: "Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan Günel Məmmədova onu müalicə edən həkimə ölmək istədiyini və özünü hərəkətdə olan avtomobilin altına atdığını deyib”.
Faktla bağlı araşdırmalara başlanılıb./report
 
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ