Uorlik tvit yazdı.
ATƏT Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlarda iştirak etmək üçün regiona yola düşüb. Görüşlərin sabah aprelin 6-da Bakıda baş tutacağı planlaşdırılıb.
7news.Az xəbər verir ki, bu barədə Uorlik Tvitter-də yazıb.
“Bizə atəşin dərhal dayandırılması və hərtərəfli nizamlanmaya gətirəcək danışıqlar gərəkdir. Səhər baş tutacaq görüşlərdə iştirak etmək üçün hazırda Bakıya doğru yoldayam”, - diplomat yazıb.
7news.Az








