Beləliklə, sensasiyaya hazır olun. İcazəsiz aksiya cəhdindən sonra Milli Şuranın üzvü, Gültəkin Hacıbəyli dərhal zəng vurur. Sizcə kimə. Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin əməkdaşı Uilyam Solliyə.

G. Salam, Bill!

B. Bəli, Sizi eşidirəm.

G. Mən Sizə yaza bilmirdim, çünki bu ətrafda bütün internet kəsilib. Əli Kərimli evini tərk edib 100 metr irəliləyən kimi saxlanılıb.

B. Biz onun saxlandığını bilirik.

G. Həmçinin onlar Milli Şuranın üzvlərindən Tofiq Yaqublu və Vahid Məhərrəmlini də saxlayıblar.

B. Mən özüm də şəhərdəyəm. Burda qarışıqlıqdır. Məlumatı yenilədiyiniz üşçün çox sağ olun Bilirəm ki, işiniz çoxdur. Amma internet açılanda mənə mitinq zamanı saxlanılan insanlar, onların sayı, kimliyi və harada olması barədə məlumat versəniz şad olaram.

G. Son hadisələr barıədə informasiya əldə etməyə cəhd edəcəm və Sizi məlumatlandıracam.

B. Təşəkkür edirəm.

G. Sağ olun.

Əvvəla, bu danışıqdan aydın olur ki, Gültəkin Hacıbəyli açıq telefonla Billi yığmağa sadəcə məcbur olub. Ona görə ki internet bağlıdır. Deməli, buna qədər olan bütün təmaslar gizli, telefon əlaqələri isə konspirativ olub.

İkincisi, Gütəkin hətta bu dar macalda belə yalan danışır. Çünki Əli Kərimlinin saxlanması hamının gözü qabağında baş verib. Sosial şəbəkədə bütün kadrlar var. Amma Güktəkin buradan bura öz ağasını, misterini, cənabını aldadır. Əli Kərimli evindən 100 metr kənarlaşan kimi saxlanılıb deyir.

Üçüncüsü. Bill və ya Uilyam Solli hesabatı qəbul edir və Gültəkindən daha geniş məlumatlar göndərdiyini gizlətmir və Gültəkin növbəti hesabatı verəcəyi barədə məruzə edir.

Daha bir telefon danışığı barədə məlumat verirəm. Deməli, Gültəkin Billə onda olan bütün məlumatları çatdırandan sonra açıq şəkildə bildirir: Bəli, Vaşinqtondan bu barədə bəyanat almaq çox yaxşı olardı. Bizim üçün beynəlxalq reaksiya çox vacibdir.

Bu danışıqlarda Gültəkin Hacıbəylinin, daha doğrusu Milli Şuranın niyə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin əməkdaşı ilə əlaqə saxlaması təəccüblü deyil. Əli Kərimlinin əsas sözçüsü Sevinc Osmanqızının da oturduğu budaq Amerikadadır. Onun xüsusi xidmət orqanlarının əməkdaşı ilə gizli izdivacı barədə özünün təsdiqi var. Elə son zamanların ən fəal radikal iqdisadçısı, daha çox siyasi iqtisada meyl edən Qubad İbadoğlu da bir qayda olaraq Amerika Buirləşmiş Ştatlarından qayıdandan sonra daha sərt platforma nümayiş etdirir.

Cəmil Həsənlinin də bir ayağı Amerikadadır. Bir sözlə Azərbaycan və Amerika Birləşmiş Ştatlarının xüsusi münasibətləri, iki ölkə arasındakı əlaqələrin xüsusilə enerji təhlükəsizliyi sahəsindəki nümunəsi fonunda Birləşmiş Ştatların Azərbaycandakı səfirliyinin Uilyam Solinin simasında Azərbaycanda iğtişaş təşkil olunmasında iştirakı çoxlu sual doğurur.

Mən buradan Azərbaycan hakimiyyətinə, onun hüquq mühafizə orqanlarına müraciət etməklə bu məsələni araşdırmağı tələb edirəm. Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi birmənalı olaraq Azərbaycanın daxili işlərinə qarışıb. Təcili cavab istəniləməlidir. Təcili nota verilməlidir. Təcili! Gültəkin Hacıbəyli isə sadəcə casus fəaliyyəti göstərib. Və təkcə Uilyam və ya öz şirin dilinin təbirincə desək Billlə ünsiyyətdə yox./baku