RU
Misir hərb sahəsində yeni addım atdı — Yaxın Şərqin və Afrikanın ən böyük hərbi bazası
19:20
343

Misir hərb sahəsində yeni addım atdı — Yaxın Şərqin və Afrikanın ən böyük hərbi bazası

Misirdə yeni hərbi baza istifadəyə verilib.

Misir prezidenti Əbdül Fəttah əs-Sisi Yaxın Şərq və Avropanın ən böyük hərbi bazasının açılışını edib. Yeni baza Matrux vilayətində, Aralıq dənizi sahillərində yerləşir.

Ölkənin həm də ali baş komandanı hesab edilən Sisi xarici qonaqların da iştirak etdiyi tədbirdə bayrağı qaldırıb. Sonra isə hərbi məktəbin müdavimləri parad keçiriblər.

Hərbi baza Misirin ilk prezidenti Məhəmməd Naqibin şərəfinə adlandırılıb. Bazanın məqsədi Misirin ikinci ən böyük şəhəri İskəndəriyyənin təhlükəsizliyini təmin etməkdir. Yeni baza 20 min hərbçi üçün nəzərdə tutulub./olke.az
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ