RU
Misir Qəzza zolağının bərpası üçün 500 milyon dollar ayırdı
13:40
435

Misir Qəzza zolağının bərpası üçün 500 milyon dollar ayırdı

Misir prezidenti Abdulfettah əs-Sisi Qəzza zolağının bərpasına kömək üçün 500 milyon dollar bağışlayıb.

Bu barədə Misir rəhbərliyi tərəfindən açıqlama verilib.

"Misir yenidənqurma işlərini həyata keçirən misirli inşaat şirkətləri ilə birlikdə Qəzza zolağında yenidənqurma prosesi üçün 500 milyon dollar yardım göstərəcək”,-deyə qeyd olunub.

Həmçinin Misir Səhiyyə Nazirliyindən verilən açıqlamada isə Misirin Qəzzaya 65 ton tibbi yardım da göndərdiyi ifadə edilib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ