7NEWS.az xəbər verir ki, Misir ordusundan verilən açıqlamaya görə, Hərbi Hava Qüvvələrinin təlim fəaliyyəti zamanı Süveyş şəhərinin Əl-Şəlufa bölgəsində helikopter texniki nasazlıq nəticəsində qəzaya uğrayıb. Təlim helikopterinin qəzaya uğraması nəticəsində iki zabit həyatını itirib. Açıqlamada məsələ ilə bağlı araşdırma aparıldığı və lazımi tədbirlərin görüldüyü bildirilib.








