RU
MKİ sənədlərində üzə çıxdı — Türkiyəni NATO-ya tam üzv kimi qəbul etmək istəməyiblər
18:00
452

MKİ sənədlərində üzə çıxdı — Türkiyəni NATO-ya tam üzv kimi qəbul etmək istəməyiblər

MKİ sənədlərində Türkiyənin NATO-ya üzvlüyü ilə bağlı yeni detallar üzə çıxıb

Sənədlərə əsasən, 1950-ci ildə Türkiyəyə tam NATO üzvlüyü əvəzinə, Aralıq dənizinin mühafizəsi üçün NATO-nun hərbi planlama iclaslarına dəvət etmək məsələsinin olduğu ortaya çıxıb.

MKİ-nin 22 sentyabr 1950-ci ilə aid "xüsusilə məxfi" qrifli sənədinə əsasən, NATO 1950-ci ildə Avropa ölkələrində hərbi gücünün zəif olduğunu bilsə də, coğrafi olaraq genişlənmək istəməyib. Sənəddə Türkiyə və Yunanıstana tam üzvlük vermək əvəzinə, NATO-nun hərbi planlama iclaslarına dəvət etmək məsələsinin olduğu üzə çıxıb. Bəzi Avropa dövlətləri isə bunu dəstəkləyib.

"Koreyada inkişaf" adlı kəşfiyyat materialında Koreya savaşından sonra Türkiyənin NATO-ya üzv ola bilməməsinin rəsmi Ankarada yaxşı qarşılanmayacağı bildirilir. Eyni zamanda Türkiyənin NATO-ya üzv kimi qəbul edilməməsinin hakimiyyətdə olan CHP tərəfindən propoqanda kimi istifadə edilə biləcəyi sənəddə yer alıb.
Qeyd edək ki, Türkiyə 1949-cu ildə NATO-ya üzv olmaq üçün müraciət edib və 1952-ci ildə alyansa üzv qəbul edilib./olke.az

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ