RU
MN: Bu cür primitiv saxtakarlığı şərh etmirik
11:45
441

MN: Bu cür primitiv saxtakarlığı şərh etmirik

Son günlər erməni xüsusi xidmət orqanlarının dezinformatorları Azərbaycan Ordusu barədə bir birinin ardınca müxtəlif məzmunlu uydurma "əhvalatlar”, yaxud "sənədlər” hazırlayıb kütləvi informasiya vasitələrinə ötürürlər.

Bununla bağlı 7news.Az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər ki, Ermənistan KİV-lərində yayılmış növbəti uydurmadan da xəbərdardırlar. 

"Bu cür primitiv saxtakarlığı, həqiqətlə hər hansı bağlılığı olmayan iyrənc yalanı şərh etmək istəmirik. Ermənistan xüsusi xidmət orqanlarının dezinformatorları bu cür uydurmaları yaymaqla ancaq erməni cəmiyyətini aldada bilər”, - deyə nazirlikdən bildiriblər.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ