RU
Moldova hökümətindən ŞOK istefa
14:32
555

Moldova hökümətindən ŞOK istefa

Moldovanın müdafiə naziri vəzifəsini icra edən Georgi Qalbur istefa verib.

Məlumatı Moldovanın Müdafiə Nazirliyi yayıb. 
İnformasiyaya əsasən, 2016-cı ildə Anatoli Şalaru müdafiə naziri vəzifəsindən getdikdən sonra onun səlahiyyətlərini birinci müavini Georgi Qalbur icra etməyə başlayıb.

Moldova prezidenti İqor Dodon hələlik G.Qalburun istefasını qəbul etməyib. Dövlət başçısı istefanı təsdiqləyənədək, o, vəzifəsini icra edəcək.

Qeyd edək ki, bir müddət əvvəl Moldovanın hakim koalisiyasında təmsil olunan Liberal Partiyanın hökumətdəki başqa üzvləri də istefa verdiklərini bildiriblər.//big
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ