RU
lombard
Moldovada fövqəladə vəziyyət elan edilib
22:30
759

Moldovada fövqəladə vəziyyət elan edilib

Moldova Parlamenti enerji sektorundakı böhranla əlaqədar olaraq fövqəladə vəziyyəti nəzərdə tutan hökumət fərmanını təsdiq edib.

Plenar iclasda qətnamənin qəbul edilməsinə 101 deputatdan 55-i səs verib.

Moldovada fövqəladə vəziyyət rejimi oktyabrın 22-dən etibarən 30 gün davam edəcək.

Fövqəladə vəziyyət zamanı hökumət təbii qazın alınması üçün sürətləndirilmiş rejim işə salacaq və onun alınması üçün büdcədən lazımi vəsait ayıracaq. Bundan əlavə, təbii qazın verilməsini təmin etmək üçün operativ tədbirlərin görülməsi üçün lazımi qərarlar qəbul ediləcək.

Moldova ilə Rusiyanın enerji şirkəti "Qazprom" arasında təbii qazın tədarükü üzrə 30 sentyabr tarixində başa çatan müqavilənin uzadılması barədə hələ ki razılıq əldə olunmayıb. Hökumət Rumıniya, Ukrayna və digər ölkələrlə təbii qaz idxalı ilə bağlı danışıqlar aparır./report

 

7NEWS.Az

Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ