RU
Moldovada prezident seçkiləri keçirilir
13:10
439

Moldovada prezident seçkiləri keçirilir

Bu gün Moldovada prezident seçkiləri keçirilir

7news.Az AzərTac-a istinadən xəbər verir ki, bu, Moldovada 1997-ci ildən bəri ümumxalq səsverməsi ilə keçirilən ilk prezident seçkilərdir. Bundan əvvəl prezident parlament tərəfindən seçilirdi.

Prezident postu uğrunda 9 namizəd mübarizə aparır. Əsas mübarizə Rusiya ilə yaxınlaşma və Avropaya inteqrasiya tərəfdarları arasında gedir.

Rusiya ilə yaxınlaşma tərəfdarı olan namizədlərdən sosialist İqor Dodon və Avropaya inteqrasiya tərəfdarı olan Fəaliyyət və Həmrəylik Partiyasının lideri Mayya Sandu əsas favoritlərdən hesab edilir.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ