RU
Moldovanın Konstitusiya məhkəməsi prezidentin fərmanını qanunsuz elan edib
22:30
557

Moldovanın Konstitusiya məhkəməsi prezidentin fərmanını qanunsuz elan edib

Moldovanın Konstitusiya məhkəməsi prezident Maya Sandunun fərmanını qanunsuz elan edib.

Bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.

"Moldova Respublikası Prezidentinin 11 fevral 2021-ci il tarixli 32-IX nömrəli fərmanının (Baş nazir vəzifəsinə namizəd göstərilməsi haqqında) konstitusiyanın pozulması kimi tanınır", - deyə Konstitusiya məhkəməsinin qərarında bildirilib.

Qeyd edək ki, prezident M. Sandu namizədliyi daha əvvəl parlament tərəfindən rədd edilmiş Natalya Gavrilitsanı yenidən baş nazir vəzifəsinə namizəd göstərib. /apa

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ