İrandakı genişmiqyaslı, kütləvi etiraz aksiyalarının qurbanları arasında 7 yaşlı Həsti də var.
İranın Zahedan şəhərində etiraz aksiyalarının iştirakçılarına qarşı "İslam İnqilabı Keşikçiəri Korpusu"nun (SEPAH), polisin və "Bəsic"in xüsusi təyinatlıları yeridilib.
Aksiya iştirakçıları atəşə tutulub.
Gülləbaranda 7 yaşlı Həsti Nəravi də həlak olub.
Balaca Həsti nənəsi ilə birlikdə məsciddən qayıdırdı.
İranda etiraz aksiyaları başlayandan bəri qətlə yetirilənlər arasındakı uşaqların sayı artıq 49 nəfərə çatıb.









