RU
Moskva nöqtəni qoydu
18:52
1663

Moskva nöqtəni qoydu

Rusiya Xarici İşlər Nazirliyi AzərbaycanErmənistan və Rusiya prezidentlərinin Sankt-Peterburqda keçirdiyi görüşün yekunlarına münasibət bildirib.

Nazirliyin mətbuat katibi Mariya Zaxarova bildirib ki, rəsmi Moskva Qarabağın nizamlanması üçün yeni format fikirləşmir:

"Prezidentlərin son görüşü Rusiyanın guya danışıqların yeni formatını fikirləşməsi, ATƏT-in Minsk qrupunun üzvlərini kənarlaşdıraraq hər şeyi öz əlinə alması ilə bağlı narahatlığın əsassız olduğunu göstərdi. 

Həmsədr ölkələrin nümayəndələri ilə sıx əlaqə saxlanılır. Onlar prezidentlərinin Sankt-Peterburqdakı görüşü barədə məlumatlandırılmışdı. Bu proses görüşdən xeyli əvvəl həyata keçirilmişdi.

Tərəflər də açıq şəkildə belə görüşlərin keçirilməsinin tərəfdarı olduqlarını qeyd etdilər"./azvision.az

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ