RU
Moskvada bağa Müslüm Maqomayevin adı verildi - FOTO
23:40
511

Moskvada bağa Müslüm Maqomayevin adı verildi - FOTO

Moskvanın Yeliseyev döngəsində yerləşən bağa məşhur müğənni və bəstəkar, Azərbaycan və SSRİ-nin xalq artisti Müslüm Maqomayevin adı verilib.

7News.Az trend-ə istinadən xəbər verir ki, bu barədə qərar Moskva meri Sergey Sobyanin tərəfindən qəbul olunub.

Merin müavini Leonid Peçatnikov bildirib ki, 2011-ci ildə bu kiçik parkın yaxınlığında M.Maqomayevin abidəsi qoyulmuşdu. 2017-ci ildə isə bağın yaxınlığında, məşhur müğənninin yaşadığı evdə onun şərəfinə xatirə lövhəsi açılıb.Qeyd edək ki, bu park Azərbaycanın Rusiyadakı səfirliyinin qarşısında yerləşir.
 
 7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ