RU
Moskvada biznes mərkəzi yola çökdü - VİDEO
13:30
586

Moskvada biznes mərkəzi yola çökdü - VİDEO

Moskvanın şimalında çoxmərtəbəli biznes mərkəzinin planlı söküntüsü zamanı gözlənilməz insident yaşanıb.

7News.Az-ın məlumatına görə, yaxınlıqda insanlar olsaydı, söküntü işləri böyük fəlakətə səbəb olacaqdı.

Binanın söküntüsü barədə  əvvəlcədən sakinlərə xəbərdarlıq edilmişdi və hər şey plan üzrə gedirdi.

Lakin söküntü işləri zamanı bina qeyri- adi şəkildə çöküb, bu da, insanlar arasında panikaya səbəb olub. 12 mərtəbəli biznes mərkəzi avtomobil yolunun üzərinə çöküb. Hadisə zamanı yolda avtomobillər hərəkət edirdi. 

Bildirilir ki, insident nəticəsində xəsarət alan olmayıb.

Həmin anların görüntüsünü təqdim edirik.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ