Moskvanın Meşanski Məhkəməsi keçmiş bələdiyyə deputatı İlya Yaşini Rusiya Silahlı Qüvvələrinin Ukraynada keçirilən xüsusi əməliyyat zamanı hərəkətləri barədə yalan məlumat yaydığına görə 8,5 il müddətinə azadlıqdan məhrum edib.
7NEWS.Az xəbər verir ki, Yaşinə həmçinin 4 il müddətinə internet saytlarını idarə etmək qadağan edilib.
Yaşin Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207.3-cü maddəsi (Rusiya Federasiyası Silahlı Qüvvələrinin istifadəsi ilə bağlı siyasi nifrət səbəbləri ilə törədilmiş qəsdən yalan məlumatın açıq şəkildə yayılması) ittiham olunub.
7NEWS.Az








