RU
Moskvada qəbiristanlıqda dava
16:15
1662

Moskvada qəbiristanlıqda dava

Moskvanın Xovanski qəbiristanlığında 150 nəfərdən çox şəxsin iştirakı ilə kütləvi dava düşüb.

7news.Az RİA Novosti-yə istinadən xəbər verir ki, davada iştirak edən ayrı-ayrı qrupların içində Cənub rayonlarından və Asiyadan gələnlər üstünlük təşkil edib.

Qəbiristanlığın işçilərinin sözlərinə görə, dava nəticəsinə azı 12 nəfər ölüb, 20-dən çox yaralı var.

İlkin ehtimala görə, vətəndaşlar arasında toqquşmaya səbəb sözügedən məkana basqın edilməsi olub.

***

Daxili İşlər Nazirliyinin baş idarəsinin mətbuat katibi Safiya Xotina bildirib ki, kütləvi davada azı 400 şəxs iştirak edib. Onun sözlərinə görə, yaranmış vəziyyəti stabilləşdirmək üçün əraziyə polislə yanaşı, OMON-çular da (Xüsusi xidmət orqanlarının nümayəndələri) də cəlb olunublar.

7news.Az

edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ